A24 Xeber

Saxta pulla alış-veriş edənlər tutuldu

Saxta pulla alış-veriş edənlər tutuldu
343
09 Noyabr 2018 - 19:05

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

Bu barədə A24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əskinas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əskinasları polisə təqdim edib.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əskinasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00