Şəbnəm Tovuzlunun qayınanası və qayınatası da səhnəyə çıxdı – VİDEO

Şəbnəm Tovuzlunun qayınanası və qayınatası da səhnəyə çıxdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Şəbnəm Tovuzlu “Yaşıl Teatr”da “Xəstəyəm” adlı solo konsertlə çıxış edib.

“A24.az”  xəbər verir ki, səhnəyə motosikletlə çıxan ifaçı sevilən mahnılarını oxuyub. Gecənin ən yadda qalan məqamlarından biri Şəbnəmin qayınatasının və qayınanasının səhnəyə çıxması olub.

Müğənni qayınanasının əllərini öpüb, dəstək üçün ona təşəkkür edib: “Etiraf edim ki, qayınanam ilk əvvəllər məni qəbul etmirdi. Amma daha sonralar tanıyandan sonra məni sevdi. Mən anamı 1 yaşımda itirmişəm. Amma qayınanam deyir ki, mən sənə hər zaman anayam, dəstəyəm. Kim nə yazır, pozur fikir vermə”.

Qeyd edək ki, konsertdə Ş.Tovuzlu ilə yanaşı səhnəyə əməkdar artist Könül Kərimova, müğənnilər Tacir Şahmalıoğlu və Vasif Əzimov çıxıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Şou-biznes, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar