İspaniyalı deputat: “Seçkilərlə bağlı ab-hava müsbətdir”

İspaniyalı deputat: “Seçkilərlə bağlı ab-hava müsbətdir”
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycandakı seçkilərlə bağlı ab-hava müsbətdir”.

a24.az” “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta söyləyib.

Paytaxt Bakıda bir neçə seçki məntəqəsində olduqdan sonra missiya rəhbəri bildirib ki, hələ ki çatışmazlıq aşkar edilməyib. O, həmçinin vurğulayıb ki, səsvermənin gedişatı ilə bağlı müşahidələri qiymətləndirməsi komandasının ümumi təəssüratlarının sadəcə, bir hissəsidir.

Onun sözlərinə görə, bu gün AŞPA missiyasının 32 müşahidəçisi Bakıda və ölkənin bölgələrində bir sıra seçki məntəqəsində olacaqlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar