Səfirin gəlmə tarixi bilindi

Səfirin gəlmə tarixi bilindi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ səfirinin Azərbaycana gəlmə vaxtı bəlli olub.

“A24.az” xəbər verir ki, ABŞ Səfirliyindən “ANS Press”ə verilən məlumata görə, bu ölkənin Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta fevralın 12-də Bakıya gələcək.

Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.

Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar