Şəhid hərbçi Beyləqanda dəfn edildi - FOTOLAR

Şəhid hərbçi Beyləqanda dəfn edildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.

A24.Az portalı APA-ya istinadən xəbər verir ki, dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib.

Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə  Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.

Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar