Şəhid olan hərbi qulluqçu dəfn edildi

Şəhid olan hərbi qulluqçu dəfn edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində ermənilərin Füzuli – Xocavənd istiqamətində təxribat cəhdlərinin qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Şahlar Yaşar oğlu Nəzərov Yardımlı rayonunun Peştəsər kənd qəbiristanlığında dəfn olunub.

A24.Az “Report”un Cənub bürosuna istinadən xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.

Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun ailə üzvlərinə təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb.

Allah rəhmət eləsin!

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar