Şəhidlərlə qazanılan Türkiyənin bir ili - "15 Temmuz darbe girişimi"ndən geridə qalanlar... - FOTOLAR

Şəhidlərlə qazanılan Türkiyənin bir ili – “15 Temmuz darbe girişimi”ndən geridə qalanlar… – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

15 iyul Türkiyə tarixində qanlı səhifə kimi iz qoydu. Bundan düz bir il öncə bütün dünya Türkiyədə hərbi çevriliş cəhdi xəbərilə çalxalandı.

Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi.

TRT-nin xəbər aparıcısı Tijen Karaşın çevrilişçilərin bəyanatını canlı efirdə səsləndirdiyi həmin görüntülər yəqin ki, hələ illər sonra da yaddaşlardan silinməyəcək.

Bir anda milyonlarla insanın paylaşdığı bu görüntülərlə günün əsas qəhrəmanlarından birinə çevrilən aparıcı hətta axtarış sistemlərində adı ən çox yazılanlardan oldu.

Türkiyə üçün çox dəhşətli bir gün idi…

İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.

Telefonla canlı yayıma bağlanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı meydanlara çağırdı. Onun bu çağırışı cavabsız qalmadı, insanlar küçələrə axışdılar.

Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.

Bu hadisədən sonra türk xalqının FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvlərinə qarşı güclü müqaviməti başladı.

Hərbi çevrilişə cəhd edən Fətullah Gülən və tərəfdarlarına qarşı böyük etiraz  aksiyaları təşkil olundu. Türklərin həmin günlərdə nümayiş etdirdiyi birlik 15 İyul gününü Türkiyənin tarixinə həm də “Milli İradənin Yüksəlişi” kimi yazdı.

Türkiyə rəsmi səviyyədə Gülənə qarşı tədbirlər görməyə başladı. ABŞ-dan onun ekstradisiyasını tələb etsə də, bu istiqamətdə aparılan danışıqlar hələki nəticə verməyib.

Uğursuz çevriliş cəhdi Türkiyənin müasir tarixində ciddi dönüş nöqtəsi oldu. Çevriliş cəhdindən sonra Türkiyədə həm orduda, həm də digər dövlət qurumlarında ciddi islahatlar keçirildi. FETÖ-çuların kütləvi həbsi həyata keçirildi. FETÖ ilə əlaqəsi olan bir sıra universitetlər bağlandı, qurumlar ləğv edildi.

Ümumiyyətlə bu hadisəTürkiyənin siyasi, iqtisadi və sosial həyatına çox ciddi təsir etdi. Milli valyuta dəyər itirdi, ölkə iqtisadiyyatı gerilədi.

Baş vermiş teror hadisələri iqtisadiyyatın əsasını təşkil edən sahələrdən olan turizmə də təsir etdi. Ölkəyə turist axını kəskin şəkildə azaldı.

Bir il ötdü, bu zaman  kəsimində  Qərb tərəfdarları, mediası, siyasətçiləri Ərdoğan nifrətinə tuş  olaraq, əslində demokratik yolla seçilmiş bir rəhbərin hakimiyyətdə, xalqın iradəsiylə qalmasına müsaidə edə bilmədilər.

Misirdə baş verən məşhur çevriliş ssenarisi Türkiyədə hüsrana uğramışdı. Uzun illər  boyunca xalqı din, etnik və sol ideyalarla bölən, üz-üzə qoyan xarici siyasətin hesablaya bilmədiyi məqamlar vardı.

Bu da  o idi ki, o məhnus gecədə  türk insanı kimliyindən, inamından, düşüncəsindən asılı olmayaraq, meydanlara  çıxmış, Türkiyədə  bir dövrün başa çatmasına səbəb olmuş, yeni dünyaya, yeni günə yeni Türkiyə olaraq doğulmuşdular.

O, rükû olmasa, dünyâda eğilmez başlar,

Vurulup tertemiz alnından, uzanmış yatıyor,

Bir hilâl uğruna, yâ Rab, ne güneşler batıyor!

Xəyalə Bünyatova // A24.Az

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya, Siyasət, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar