Səhiyyə Nazirliyində zəhərlənmə ilə bağlı  operativ qərargah yaradılıb

Səhiyyə Nazirliyində zəhərlənmə ilə bağlı  operativ qərargah yaradılıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Sumqayıtda uşaqlar arasında rotavirus infeksiyası yayılıb. Məlumat daxil olan kimi Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb və bu gün də fəaliyyət göstərir”.

A24.Az xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, xəstəxanada hazırda müalicəsi davam edən uşaqlar valideynlər tərəfindən gec gətirilənlərdir: “Proses qısa müddətdə lokallaşdırılıb. Uşaqların 100 faizi çiy su içdiklərini deyiblər. Aparılan yoxlamalar da göstərib ki, xəstələnən uşaqların bötüv əksəriyyətində anamnestik məlumat çiy su içməklə bağlıdır. Bununla bağlı Xudatdan gələn Şollar su xəttində “Azərsu” və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi, epidemik nəzarət şöbəsi tərəfindən müayinələr aparılır. İlkin müayinələrin nəticəsi göstərdi ki, bu hadisə su xəttindən baş verən çiy su ilə bağlı olan hadisədir. Aşkar olunan viruslar da məhz çirkli sularda daha çox yayılır. Bunu da nəzərə alaraq, uşaqların qaynadılmamış sulardan içməməsi məqsədəuyğun hesab edilir”.

Baş pediatr qeyd edib ki, hadisədən dərhal sonra suyun təmizlənməsi və zərərsizləşdirilməsi prosesi gedib, hazırda suyun keyfiyyəti tam standartlara cavab verir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar