A24 Xeber

“Səhliyalı”nın yeni ət kəsimi və emalı müəssisəsi açıldı – FOTO

“Səhliyalı” şirkətinin sayca 4-cü müəssisəsinin işə başlaması sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir

“Səhliyalı”nın yeni ət kəsimi və emalı müəssisəsi açıldı – FOTO
275
24 May 2016 - 9:52

Abşeron rayonunda “Səhliyalı” şirkətinin yeni ət kəsimi və emalı müəssisəsinin açılışı olub. Müəssisədə Almaniya və Türkiyə istehsalı olan, müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Yeni texnologiya ilə ət və ət məhsullarının istehsalı tam gigiyenik şəraitdə həyata keçiriləcək. Müəssisədə 150-yə yaxın işçi çalışacaq.

“A24.az” AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən respublikanın bütün ərazisində olduğu kimi, Abşeron rayonunda da sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılır. Cari ildə rayon ərazisində 1000-ə yaxın yeni iş yerinin açıldığını, bir neçə müəssisənin fəaliyyətə başladığını deyən İ.Gülməmmədova vurğulayıb ki, “Səhliyalı” şirkətinin sayca 4-cü müəssisəsinin işə başlaması sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir.

1464019737458559681_1000x669

Sonra qonaqlar müəssisə ilə tanış olublar.

“Səhliyalı” şirkətinin rəhbəri İlham Bəşirov bildirib ki, müəssisədə çalışanların əksəriyyəti yerli sakinlərdir. Onun sözlərinə görə, şirkət ət kəsimi, emalı və bu sahədə olan xidmətləri göstərəcək. Ümumi sahəsi 4500 kvadratmetr olan müəssisədə gün ərzində 100 baş iribuynuzlu və 300 baş xırda buynuzlu heyvan kəsimi reallaşdırmaq mümkündür. Kəsimdən əvvəl və sonra ətlər laboratoriya müayinəsindən keçiriləcək və yalnız bundan sonra qablaşdırmaya ötürüləcək. Heyvanlar İslam dininin qaydalarına uyğun şəkildə kəsiləcək. Ət kəsimi və emalı sexində ət məhsullarının saxlanması üçün soyuducu kameraları da quraşdırılıb. Burada istehsal edilən məhsullar nəinki Abşerona, eləcə də ölkənin bütün bazarlarına tədarük olunacaq.

14640197372461454935_1000x669

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00