Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi - Toydan eksklüziv FOTO

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi – Toydan eksklüziv FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün ikinci dəfə subaylığın daşını atır. 

A24.Az GoldNews.Az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilir. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edir. Biz də səbəbkara xoşbəxtlik, ailə səadəti arzulayırıq.

Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.

Şahmatçı bu barədə sosial şəbəkədə status da yazmışdı: “Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat”.

Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar