Şəkər xəstəliyində doğru hesab etdiyimiz səhvlər

Şəkər xəstəliyində doğru hesab etdiyimiz səhvlər
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az” xəbər verir ki, bir çox insanlar şəkər xəstəliyilə bağlı kifayət qədər məlumata malik olduqlarını güman edirlər. Lakin doğru hesab etdiyimiz səhvlər də çox olur.

 

seker-hastaligi-belirtileri-2

Səhv: Şəkərli qidalardan uzaq olduğuma görə şəkər xəstəsi olmaq ehtimalım yoxdur.

Şəkər xəstəliyi çox şəkərli qidalar qəbul edildiyinə görə deyil, mədəaltı vəzidən insulin ifrazı az olduğuna və ya orqanizmdə insulin müqaviməti olduğuna görə yaranır. Şəkər xəstəliyi olanlarda dərman müalicəsinə əlavə olaraq pəhrizdə şəkərli qidalar məhdudlaşdırılır, bu vəziyyət müsbət təsir edir.

 

Səhv: Yalnız qanının tərkibində şəkərin miqdarı çox olanlar insulindən istifadə etməlidirlər.

Qaraciyər və böyrək xəstəliyi olanlarda, hamilə qadınlarda, əməliyyat keçirəcək xəstələrdə, 1-ci tip şəkər xəstələrində, tablet nəzarəti olmayanlarda və şəkər koması təhlükəsi yüksək olanlarda qanda şəkərin miqdarından ayrı şəkildə insulindən istifadə edilir.

 

Səhv: Şəkər xəstəliyim olsa da özümü yaxşı hiss edirəm. Artıq dərman içməyə bilərəm.

Şəkər xəstəliyi müalicə olunmadığı zaman sürətlə irəliləyən və bütün orqanlara zərər verən xəstəlikdir. Müalicəsi üçün xəstənin özünü necə hiss etməsi çox da əhəmiyyətli deyildir. Mühüm olan qanda şəkərin miqdarını normal səviyyədə saxlamaq, orqanlarda yarana biləcək zədələrin qarşısını almaqdır.

 

Səhv: İnsulin qəbul etmək böyrəklərimə zərər verir, korluğa səbəb olur.

İnsulin onsuz da orqanizmimizdə vardır. Bu az olduqda, şəkər xəstəliyi yaranan hormondur. Bunun orqanizmə heç bir zərəri yoxdur. Orqanizmə zərərli olan korluq və böyrək çatışmazlığının səbəbi, qanın tərkibində uzun müddət yüksək səviyyədə olan şəkərin miqdarıdır.

 

Səhv: Şəkər xəstəliyi yoluxucudur.

Şəkər xəstəliyi də hipertoniya və yüksək xolesterol kimi xroniki xəstəlikdir. Bu, mikroblarla yoluxan xəstəlik deyildir. İrsi ola bildiyinə görə bir ailədə bir çox şəxsdə rast gəlinir. Lakin bunun yoluxucu xüsusiyyəti yoxdur.

 

Səhv: İnsulin vərdiş yaradır, yenidən tabletə qayıtmaq olmur.

Şəkər müalicəsi vərdiş yaratmır. İnsulin qəbul etmə müalicəsi yenidən tətbiq oluna biləcək müalicədir. Məsələn, hamiləlik dövründə insulin qəbul edən şəkər xəstəsi körpəsini dünyaya gətirdikdən, yaxud əməliyyatdan sonra yenidən tablet qəbul edə bilər. Bununla yanaşı, insulin ehtiyacı azalan şəkər xəstələrində insulindən tabletə qayıtmaq olar.

 

Səhv: Ailəmdə şəkər xəstəsi var. Mən də şəkər xəstəsi ola bilərəm. Bunun qarşısını almaq qeyri-mümkündür.

2-ci tip şəkər xəstəliyində ailəvi keçmə faizi nisbətən yüksəkdir. Həmin şəxslərdə şəkər artmazdan əvvəl bu xəstəliyi yaradacaq təhlükəli amilləri aradan qaldırmaq, lazım gəldikdə isə insulin həssaslaşdırıcı müalicələrlə şəkərin qarşısını almaq, yaxud onu gecikdirmək mümkündür”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
Sağlamlıq
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs