Şəkidə ev yanıb

Şəkidə ev yanıb
Want create site? Find Free WordPress Themes and plugins.

Şəki rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyindən “A24.az”a verilən məlumata görə yanğın  hadisə bu gün saat 05:23 radələrində rayonun Baş Göynük kəndində, Əsgər Məhəmməd oğlu Abdulkərimova məxsus,  birmərtəbəli  ümumi sahəsi 63 kv/m olan 3 otaqdan ibarət  fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in texnikası  və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları  və  2 otaq ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin bir otağı yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki rayon DYMH-də araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar