Şəkidə evdən qaçan 2 uşaq anasının yaxınları danışdı - Təfərrüatlar - VİDEO

Şəkidə evdən qaçan 2 uşaq anasının yaxınları danışdı – Təfərrüatlar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Şəkidə 22 yaşlı gəlin evdən qaçıb.

Hadisə oktyabrın 31-Şəkidə, Öyrət kəndində baş verib. Şəki sakini Amənti Əlimərdanova noyabrın 1-də polis şöbəsinə gəlini Günəş Əlimərdanovanın itkin düşməsi ilə bağlı müraciət edib.

Sonradan məlum olub ki, 2 uşaq anası olan gəlin gecə saatlarında evi tərk edib. Bunu həyat yoldaşı Nəsir Əlimərdanov ağlayan uşağın səsinə oyananda bilib. Kənddə öz traktoru ilə təsərrüfat işləri görüb ailəsini dolandıran Nəsir həm gəlinin, həm də özünün valideynlərinə xəbər verərək bildirib ki, həyat yoldaşı Günəş uşaqları evdə qoyaraq qaçıb.

O, ərinin cibindən 20 manat pul və sənədlərini götürərək evi tərk edib. Ailə üzvülərinin sözlərinə görə, ailədə teztez söz-söhbət olub və gəlin əvvəllər də bir necə dəfə evdən gedib. Hər dəfə də atasigildə 2-3 ay qalıb. Bu dəfə gəlindən heç kimin xəbəri olmadığı üçün onun valideynləri də təşvişə düşüblər.

İndi onun 4 yaşlı qızı Gülay və yaş yarımlıq olan oğlu Tunara oğlanın valideynləri baxır.

A24.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar