Selfi çubuğu yeni döyüş aləti oldu - VİDEO

Selfi çubuğu yeni döyüş aləti oldu – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Belə getsə, Rusiyada selfi çubuqları soyuq silah kimi qəbul ediləcək.

Paytaxt Moskvada karate məktəblərindən biri sakinlərə selfi çubuqları ilə döyüşməyin yollarını öyrədir.

Məqsəd selfi çəkərkən zorakılıqla qarşılaşan vətəndaşların özünü müdafiə etmə bacarığını artırmaqdır.

Burada uzaq şərq döyüşlərinə yaxından bələd olan müəllimlər şagirdlərə selfi çubuğundan istifadə etməklə rəqibi necə zərərsizləşdirə biləcəklərini öyrədir. Məktəb rəhbərliyinin sözlərinə görə, səyahət etməyi sevənlərin xarici ölkədə özlərini müdafiə etməsi üçün tapanca gəzdirməkdənsə selfi çubuğundan istifadə etmək daha məqsədyönlüdür.

“A24.az” mövzu ilə bağlı videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=vfn-2TlRZdg

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar