"Sən məni anlamırsan" - Bakıda izləyənləri heyrətləndirən sərgi - FOTOLAR

“Sən məni anlamırsan” – Bakıda izləyənləri heyrətləndirən sərgi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dekabrın 21-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında açılan “Sən məni anlamırsan” adlı sərgi davam edir…
A24.Az xəbər verir ki, “ADO” teatr qrupunun iştirakı ilə gerçəkləşən sərgidə üç rəssam – Vüsal Rəhim, Vüqar Quliyev və Aysel Əmirovanın  işləri təqdim olunur.
Bu, ziyarətçilərin “başqasının cildinə” daxil olmaqla, əsərlərin mənasını rəssamların baxış bucağından görməyə və anlamağa yönəlmiş eksperimental layihədir. Sərgidə təqdim olunan əsərlər özündə müasir incəsənətin dərk edilməsi və “Biz niyə görə başa düşülmək istəyirik?” sualını araşdıran psixoloji məqalə ilə əlaqəli sosial media müzakirələrindən sitatları və kəlamları özündə birləşdirən broşüra ilə müşayiət olunur.

14823322541167721536_1000x669

Vüsal Rəhim Mikelancelonun cansız İsanı tutmuş kədərli Məryəmi əks etdirən məşhur “Pieta” əsərinin bədii obrazını araşdırır. “Pieta” adlı video instalyasiyada, rəssam özü Kədərli Madonna obrazında çıxış edərək videoların birində dizlərinin üstündə çılpaq kişi, digərində isə çılpaq qadını tutur. Onların yalnız simaları qırmızı maska ilə örtülüb ki, bu da maddi aləmdən (maska) ruhani aləmə (çılpaqlıq) keçidi əks etdirir. Onların vücudlarında Cəlil Cavanşirin ölən insanın ağrı və acılarından bəhs edən şeir yazılıb. Vüsal Rəhimin həyat və ölüm, maddi və mənəvi dünyalar, kişi və qadını qarşı-qarşıya qoyan “Pieta” əsəri hər bir insana xas olan qüssə və kədərin vizual təsvirini əks etdirməklə yanaşı, genderlərin dini və sosial quruluşuna dair sualları da ortaya qoyur.

14823322543686715_1000x669

Vüqar Quliyevin instalyasiyası divarlara kölgə salan parlaq tikanlarla dolu otaqdan ibarətdir. Ziyarətçi otağı araşdırmağa və otağın zülmət ab-havasına qərq olmağa dəvət olunur. Rəssam üçün çıxış nöqtəsi özündə həbsxana və işgəncə kameralarını əks etdirir. Belə ki, bu kameralar hər bir insanın emosional qorxu durumu ilə əlaqəli fərdi bağlılığının işıqqaytarıcı materialda görünməsi üçün nəzərdə tutulub. Tikanlar təkcə qəm-qüssə mənbəyi deyil. Onlar həm də üçbucaqlar və onların Misir mifologiyasında mənası ilə əlaqəlidir. Bununla da, rəssam qaranlıq kameranı işıqlı kameraya çevirir.

14823322545511417355_1000x669

Rəssam Aysel Əmirova öz əsərini eyni diapazonu bölüşən iki insanın hipotetik konsepsiyası ilə əlaqələndirir. Hərçənd ki, bir insanın subyektiv, şüurlu həyatı digəri üçün sistematik olaraq fərqli ola bilər. Belə ki, bu əsər dünyamızın çoxşaxəli təcrübələrini xatırlatmaqla yanaşı, düzgün qoyulmayan prioritetlərə də işarə verir. “Qızıl piramidanın zirvəsini fəth etdikdən və qalxmaq üçün daha heç bir yüksəkliyin olmadığını gördükdən sonra, biz, bütün həyatımız boyu saxta piramidalara dırmandığımızı dərk edə bilərik. Biz öz arzularımızı həyata keçirmək üçün qorxulardan qaçırıq.

14823322541334437182_1000x669

Maraqla qarşılanan sərgi dekabrın 30-dək davam edəcək.

148233225415444522_1000x669

148233225451843283_1000x669

Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Reportaj, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar