Seneqallını 3-cü mərtəbədən belə atdılar – VİDEO

Seneqallını 3-cü mərtəbədən belə atdılar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə pul köçürmək üçün məntəqəyə gedən seneqallı 4 şəxs tərəfindən 3-cü mərtəbədən aşağıya atılıb.

Pul köçürmək üçün banka gedən 25 yaşlı Seneqal vətəndaşı Seydou Nourou Kente növbə üstündə bir şəxslə mübahisəyə girib. Mübahisə zamanı həmin şəxs telefonla zəng edərək yoldaşlarını çağırıb. Seneqallı da öz dostlarını çağırdıqdan sonra iki qrup arasında dava yaşanıb. Əlbəyaxa dava zamanı Kente binanın 3-cü mərtəbəsindən aşağıya atılıb. Yüngül xəsarətlər alan seneqallı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Müayinə zamanı Kentenin başın alın nahiyyəsində əzilmə meydana gəldiyi, çanaq sümüyünün isə qırıldığı aşkarlanıb.

Hadisədən sonra hərəkətə keçən polis şübhəli qismində 4 nəfəri saxlayıb. Sorğu zamanı şühbəlilər dalaşdıqlarını lakin seneqallını 3-cü mərtəbədən kimin aşağıya atdığını bilmədiklərini söyləyiblər.

“A24.az” həmin videogörüntünü təqdim edir:

https://www.youtube.com/watch?v=pGCNM2JD7dw

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar