Səngəçalda qaz xətti yenə partladı – HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR – YENİLƏNİB

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

A24.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.

***

22:18

Qaradağ rayonun Səngəçal qəsəbəsi ərazisində növbəti dəfə qəza olub.

A24.Az  xəbər verir ki, bu barədə hüduq müdafiəçisi və Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədiri Mirvari Qəhramanlı məlumat yayıb. Hüquq müdafiəçisi bildirib ki, növbəti qəza ötən dəfəkindən bir az aralıda baş verib.

Əlavə təfərrüatlar bir az sonra…

Qeyd edək ki, 2016-cı il dekabrın 27-də də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermişdir.

ss

s

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR