Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub

Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub
Want create site? Find Free WordPress Themes and plugins.

“Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub. 

A24.Az xəbər verir ki,  Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb.

Federasiya rəhbərinin Ş.Günəşə “Beşiktaş”dakı işini davam etdirmək şərti ilə Türkiyə millisini 2018-ci il dünya çempionatının son 4 oyununa çıxarmağı təklif etdiyi bildirilir.

Qeyd edək ki, Ş.Günəş 2000-2004-cü illərdə Türkiyə yığmasının baş məşqçisi olub və “ay-ulduzlular” onun rəhbərliyi altında 2002-ci il dünya çempionatında bürünc medal əldə edib. 2015-ci ildən “Beşiktaş”da çalışan təcrübəli mütəxəssis son iki mövsümdə Türkiyə Superliqasının qalibi olub.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar