A24 Xeber

SENSASİYA: Tramp sosial şəbəkələrlə bağlı sərəncam imzaladı

SENSASİYA: Tramp sosial şəbəkələrlə bağlı sərəncam imzaladı
1. 368 oxunma
29 May 2020 - 11:14

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

A24.Az-ın xəbərinə görə, bu barədə o, Ağ Evdə jurnalistlərə məlumat verib.

“Bu gün söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumağa xidmət edən sərəncam imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral platformanı qoruduqlarına dair fərziyələrə əsaslanmaqla misli görünməmiş məsuliyyətdən qorunmaq imkanına sahib idilər. Ancaq bu, belə deyil. İcra olunan sərəncam kommunikasiya etikasına dair qanunun 230-cu hissəsinə əsaslanaraq yeni qaydaların yaradılması məqsədini daşıyır. Senzura və ya siyasi aksiyalarda iştirak edən sosial şəbəkələr artıq məsuliyyət qorunmasına sahib olmayacaqlar, bu böyük bir qərardır”, – Tramp belə deyib.(apa.az)

ÇOX BAXILAN FOTOLAR