Sergey Şoyqu İran və Türkiyənin Suriyada gördüyü işlərdən danışdı

Sergey Şoyqu İran və Türkiyənin Suriyada gördüyü işlərdən danışdı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Müdafiə Naziri Sergey Şoyqu İran və Türkiyənin Suriyaya sabitliyin bərqərar olunmasında kilid rolu oynadığını söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, İtaliyada nəşr olunan Il Giornale qəzetinə danışan Şoyqu “İran və Türkiyə keçmişdə də olduğu kimi regionda ən böyük qüvvələrdir və Suriyaya sabitlik gətirilməsi məsələsində aparıcı rollardan birini oynayır” – deyə bildirib.

Şoyqu, İranın Rusiya və Türkiyə ilə Suriyadakı böhranın həlli üçün Astana prosesinin təminatçılarından biri olduğunu vurğulayıb. Rus nazir həmçinin, İran ilə İsrail arasındakı problemlərin də müzakirə yolu ilə həll etmək lazımdır, birtərəfli güc istifadəsinin bölgədəki gərginliyin artmasına yol aça biləcəyini də əlavə edib. Şoyqu İran və İsrail, ya da başqa ölkələr arasındakı problemlərin hərbi güc istifadəsi və beynəlxalq hüququn pozulması ilə deyil, dialoq yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını bildirib: “Suriyadakı hər hansı bir tərəfin güc istifadə etməsi Yaxın Şərqdəki gərginliyin artmasına yol açır. Rusiya kimi iki tərəfin də təmkinli davranacağını düşünürük”.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar