“Şərikli çörək” filmi haqqında ŞOK TARİXİ MƏLUMAT – EKSKLÜZİV

serikli_corek_1969A24.Az redaksiyasına olduqca maraqlı məlumat daxil olub. Məlumatı filmin hazırlıq prosesi dönəmində “Azərbaycanfilm” kinostudiyasında işləyən məsul şəxslərdən biri verib. Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, “Şərikli çörək” filmi Bakıda elə bir kateqoriyada qiymətləndirilib ki, bu nəticədən sonra quruluşçu rejissor Şamil Mahmudbəyov ən azı 10 il bədii film çəkməkdən məhrum olunacaqmış.
Beləki, SSRİ dönəmində çəkilən bədii filmlər 5 kateqoriyada qiymətləndirilirmiş; “4-cü”, “3-cü”, “2-ci”, “1-ci” və “Əla” kateqoriyalar. Hansı ki, senzuradan “Əla” kateqoriyasında keçmiş filmin rejissoru əlahəddə məziyyətlər qazanır, istədiyi mövzunu seçə, istədiyi ssenarini yaza və filmin çəkiliş prosesini düşündüyü istiqamətdə apara bilərdi. Qiymətləndirmə kateqoriyası aşağı düşdükcə həmin filmin rejissorunun məziyyətləri də azaldılırmış. Əgər bir rejissorun çəkdiyi kino “4-cü” kateqoriyaya aid olunurdusa, artıq həmin filmin rejissoruna təxminən 10 il bədii film çəkmək həvalə olunmur, digər qısametrajlı və sənədli materiallarla nüfuzunu bərpa etmədikcə bədii film çəkilişlərinə təyinat ala bilmirmiş.

1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi də ilkin baxışdan sonra Azərbaycanda “4-cü” kateqoriyada qiymətləndirilmiş və uğursuz film müəllifi kimi quruluşçu rejissor Şamil Mahmudbəyov böyük risk qarşısında qalıbmış. Lakin film Moskva senzurasından “Əla” kateqoriya qazanaraq, Azərbaycanda aldığı qiymət ləğv edilir, film geniş tamaşaçı kütləsinə təqdim olunur.

Filmin nümayişindən sonra da Moskva qiymətləndirilməsi təsdiqini tapır, “Şərikli çörək” təkcə 70-ci illərin deyil, bu günə qədər ən yaxşı Sovet filmlərindən sayılır.
Bu gün “Şərikli çörək” II Dünya Müharibəsi dönəminin ən yaxşı şəhər filmi kimi qiymətləndirilir.
Qeyd edək ki, bu məlumat kinostudiyada baş verdiyindən kənara çıxarılmayıb, indiyədək film haqqında danışılan xatirələrin heç birində yer almayıb.

 

Sərdar Amin, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR