Serj əsgəri niyə zorladıb?

Serj əsgəri niyə zorladıb?
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın Vazgen Sarkisyan adına Hərbi İnstitutunun tələbəsi Haykaz Barseqyanı zorlayıb öldürənlərdən ikisinin atası yüksək çinli dövlət məmurlarıdır.

“A24.az” məlumat verir ki, bu faktı Ermənistanda nəşr olunan “Hraparak” qəzeti açıb. Qəzetin yazır ki, onlardan birinin atası hüquq-mühafizə orqanlarında, o birinin atası ilə elə hərbi institutda işləyir.

Onun institutun direktoru, general-leytenant Martin Karapetyanın oğlu olduğu düşünülür. Sovet dövründən peşəkar hərbçi olan Martin Karapetyan Kəlbəcərin işğalının əsas təşkilatçılarındandır. Amma maraqlıdır ki, onun rəhbərlik etdiyi hərbi məktəbdə belə hadisələr tez-tez olur.

Kursant Haykaz Barseqyanın meyiti yanvarın 29-da hərbi institutunun idman meydançasında tapılmışdı. Öncə Barseqyanın intihar etdiyi düşünülürdü. O, turnikdən asılmış vəziyyətdə aşkar edilmişdi. Ancaq istintaq onun bir qrup əsgər yoldaşı tərəfindən öldürüldüyünü müəyyən edib.

İstintaq komitəsinin məlumatında bildirilir ki, meyit 06:35-də aşkar edilib. Hadisə yerinə gəlmiş müstəntiqlər əldə edilmiş materiallar əsasında anlayıblar ki, bu intihar deyil və bir qrup şəxs tərəfindən həyata keçirilmiş qətldir.

Müstəntiqləri detalları açıqlamasalar da əsgərin seksual zorakılığa məruz qalması, daha sonra izi itirmək üçün öldürülməsi də cinayət ehtimalları sırasında olub. Əsgərin üzərindən tapılmış qalıqlar (saç, sperma və s.) DNT analizindən keçirilib. Yəqin həbslər analizin nəticələri əsasında həyata keçirilib. İlkin ehtimalla kurs yoldaşları Haykaz Barseqyanı bu yolla cəzalandırıblar.

Nəticədə, kurs yoldaşını qrup şəklində təhqir edərək öldürməkdə günahkar bilinən dörd kursant həbs olunub.Tutulanlar Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan olub.

Qeyd edək ki, Ermənistan ordusunda bu cür cəza üsülü geniş yayılıb. Keçən il Azərbaycanın işğal edilmiş ərazilərində üç erməni əsgər bir əsgəri bu cür cəzalandırmaq istəyəndə atışma düşmüşdü və üç nəfər ölmüşdü. Vardenis (Basarkeçər) rayonun Zod kəndində yerləşən hərbi hissənin komandiri onun işini yoxlamağa gələn milli təhlükəsizlik işçisini zorlamışdı.

Orududa bu cür əməllər üzündən Ermənistanda homoseksuallıq kişilər arasında 8 faizdir. Bu Hollandiya (3%) kimi ölkələrlə müqayisədə xeyli yüksək göstəricidir.

(ANS Press)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar