Sərnişinin daxili orqanında narkotik aşkar edildi

Sərnişinin daxili orqanında narkotik aşkar edildi
Want create site? Find Free WordPress Themes and plugins.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Sankt Peterburq-Bakı aviareysi ilə gələn sərnişindən isə 72 qrama qədər psixotrop maddə aşkar edərək götürüb.

“A24.az” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşı Ağami Seyid-Hüseyn Mirmehti oğlu gömrük nəzarətindən keçdikdən sonra saxlanılıb. Qanunvericiliyə uyğun şəkildə onun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanı-düz bağırsağından 3 ədəd bükümdə 71,604 qram ağ rəngli, kristal şəklində narkotik vasitə – metadon aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar