Sərnişinlərlə dolu avtobusu YDM-ə sürdü – işdən azad olundu

Sərnişinlərlə dolu avtobusu YDM-ə sürdü – işdən azad olundu
Want create site? Find Free WordPress Themes and plugins.
Paytaxtda avtobusu sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə (YDM) daxil etdiyinə görə sürücü işdən azad olunub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, iyunun 2-də qurumun əməkdaşları tərəfindən 24 nömrəli müntəzəm marşrut üzrə fəaliyyət göstərən 90-OE-457 dövlət qeydiyyat nişanlı avtobusun sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması müəyyən edilib. Fakt dərhal nəzarətə götürülüb və avtobusun sürücüsü Füzuli Yolçıyev və daşıyıcı Bakı Nəqliyyat Agentliyə çağrılıb, sürücünün izahatı alınıb. İyunun 8-də isə daşıyıcının müvafiq əmri ilə sürücü işində yol verdiyi nöqsanlara görə işdən azad olunub.
Qeyd edək ki, avtobus sürücülərinin YDM-ə sərnişinlərlə daxil olması baş verə biləcək bədbəxt hadisə zamanı vətəndaşların xəsarət almasına, həyatlarını itirmələrinə səbəb ola bilər. Bunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahiblərinə məktub ünvanlayıb. Tövsiyə edilib ki, yanacaqdoldurma məntəqəsinin məsul şəxsləri də avtobusların sərnişinlə məntəqəyə daxil olmasına icazə verməməlidir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 56-cı maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar