Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: "Mənim elə dostum yoxdur"

Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: “Mənim elə dostum yoxdur”
Want create site? Find Free WordPress Themes and plugins.
“Qarşıdurma” devizi ilə yayımlanan “Maşın” realiti-şousunda qalmaqallar bitmək bilmir.
A24.Az-ın axşam.az-a istinadən məlumatına görə, proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında mübahisə yaşanıb. Tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib.
S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib:
“Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə onlara hörmətim var. Təranədən əvvəl Musanı tanımışam”.
T.Qumral isə “Musanın sənin kimi dostu ola bilməz” cavabını verib.
Məsələ ilə bağlı Musa Musayev də danışıb. Əməkdaşımızla söhbətində M.Musayev S.Kərəmoğlunun “dostumdur” sözlərinin həqiqətə uyğun olmadığını söyləyib:
“Maşın” gözəl bir verilişdir. Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər. Amma mənim Sərxan adlı dostum yoxdur. Aktyordur da, orada şou göstərir”.
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar