Səudiyyə Ərəbistanı sərt təlimat verdi: Əl-Cəzirəyə aid bütün kanallar silinəcək!

Səudiyyə Ərəbistanı sərt təlimat verdi: Əl-Cəzirəyə aid bütün kanallar silinəcək!
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı ölkəsində olan otel və turizm obyektlərinin mərkəzi Qətərdə yerləşən “Əl-Cəzirə” televiziyasına aid olan kanalların silinməsi tələb edilib.

“A24.az”ın Türkiyə mediasından əldə edilən məlumata görə, nazirlikdən verilən yazılı açıqlamada turistik otellər və qonaqların yerləşdirildiyi mehmanxana başçılarının peykdən televiziya yayımını alan sistemlərdə xüsusilə ölkənin rəsmi kanallarının olmasının vacibliyi, Səudiyyə Ərəbistanı, din və əxlaq əleyhinə kanalların isə yer almayacağı bildirilib.

Mərkəzi Qətərdə yerləşən Əl-Cəzirəyə aid olan kanllar silinəcək…

Əlaqədar idarəçilik maddələrinə uyğun olaraq prezident aparatı Əl-Cəzirəyə aid olan bütün kanalların silinməsini tələb edib.

Kanalları silməyənlərə pul cəzası…

Açıqlamada kanalların yayımının dayandırılmayacağı təqdirdə hər bir sahibkara 100 min Səudiyyə Ərəbistanı rialı (26,6 min dollar) pul cəzasının kəsiləcəyi bildirilib.

Bəhreyndə həbs cəzası…

Birləşmiş Ərəb Əmirliklərindən sonra Bəhreyn də Qətəri dəstəkləyənləri 5 ilə qədər həbslə cəzalandırılacağını bildirib. Bəhreyn Daxili İşlər Nazirliyindən verilən açıqlamada yazılı, sözlü və ya hər hansı bir formatda Qətərə dəstək verən paylaşımların pulla və ya 5 il həbs cəzası ilə cəzalandırılacağını qeyd edib.

BƏƏ isə Qətərə dəstək verən açıqlamaların 3-15 il həbs cəzas və 136 min dollardan az olmamaqla pulla cəzalandırılacağını açıqlayıb.

Firuzə Alimova

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar