Səudiyyə Ərəbistanı və İran: Can düşmənləri üz-üzə - İlk kim vuracaq?

Səudiyyə Ərəbistanı və İran: Can düşmənləri üz-üzə – İlk kim vuracaq?
Want create site? Find Free WordPress Themes and plugins.

 ABŞ prezidenti Tramp yenə düyməyə basdı.

A24.az bildirir ki, Qətər böhranının başlanğıcında Tvitter mesajlarıyla Doha rəhbərliyini bombardmana tutan Tramp yenə Səudiyyə Ərəbistanının tərəfində durub. ABŞ lideri “Kral Salman və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi tam olaraq nə etdiklərini bilirlər. Bu pis davranışlarına görə bəziləri illərlə ölkələrini sağdılar”- deyib.

İyun ayındakı Qətər böhranında düyməyə özünün basdığını Tvitter mesajları ilə dünyaya elan edən Tramp Səudiyyə Ərəbistandakı siyasi zəlzələdə də rol aldığını üstü örtülü olaraq açıqlayıb.

Yenə Tvitter hesabından mesajlar bölüşən Tramp Kral Salman bin Abdulaziz ilə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yanında qərarlaşıb.

Tramp böhran yaşanan iyun ayının əvvəlindəki böhran zamanı da oxşar sözlər söyləmişdi:
“Orta Şərqə etdiyim səfərdə radikal ideologiyaya artıq maliyyələşdirmə təmin olunmamalıdır dedim. Liderlər Qətəri işarə etdi – baxın!
Səudiyyə Ərəbistanı kralı və 50 ölkə ilə aparılan danışıqların işə yaradığını görmək çox gözəldir. Radikal təşkilatların maliyyələşdirilməsinə qarşı qatı bir mövqe tutacaqlarını dedilər və bütün oxlar Qətəri işarə edirdi. Bəlkə də, bu, terror fəlakəti üçün sonun başlanğıcı olar”.

Bəs Qətər böhranından bu yana nələr oldu? May ayında ilk xarici səfərini etdiyi Səudiyyə Ərəbistandan 400 milyard dolları aşan bir müqavilə ilə ölkəsinə qayıdan ABŞ liderinin cibindəki müqavilənin 100 milyard dolları silah satışı idi. Tramp Körfəz böhranının zərər çəkəni olan Qətərlə də iyun ayı içərisində silah müqaviləsi bağladı. Vaşinqton böhranın bitməsi üçün diplomatik səy göstərsə də, hələ cədvəldə dəyişən heç bir şey yoxdur.

Noyabr ayına gəldikdə isə yaxın Şərqin bir yox, iki yeni böhranı var artıq. Əzəli can düşmənləri olan Səudiyyə Ərəbistanı və İraq yenə üz-üzədir.

Livanın baş naziri Saad Haririnin istefası ilə başlayan siyasi zəlzələdə illərdir daxili müharibənin bitmədiyi Yəməndən Səudiyyə Ərəbistanına raket atılıb. 11 şahzadə, dörd nazir və bir sıra rəsmi şəxslər nəzarətə alınarkən, bir şahzadə daşıyan vertolyot Yəmən sərhədində vurulub.

Ər-riyad rəhbərliyindən edilən son açıqlamada həbslərin ilk addım olduğu və davamının gələcəyi bildirilib.

İran dəstəkli Husilərlə Yəməndə illərdir döyüşən Səudiyyə Ərəbistanı dünən Tehran rəhbərliyinə sərt ittihamlar yönəldib. İrandan da eyni tonda cavab gəlib. Gecə saatlarında isə bu dəfə Səudiyyə Ərəbistanı “Hizbullahın Səudiyyə Ərəbistanına yönəlik hərəkətləri səbəbiylə Livana müharibə elan edən bir ölkə kimi baxacağıq” bəyanatını verib.

Qeyd edək ki, Hizbullah və İran on illərdir regionda ən mühüm müttəfiqlər olaraq önə çıxır.

Suriyada müxalifləri dəstəkləyən Səudiyyə Ərəbistanı Dəməşq rejiminin yanında dayanan İranla illərdir bilvasitə olaraq mübarizə aparır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar