Səudiyyə Ərəbistanında "Günah vergisi" tətbiq olundu

Səudiyyə Ərəbistanında “Günah vergisi” tətbiq olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Neft qiymətlərindəki azalma səbəbilə iqtisadi problemləri artan Səudiyyə Ərəbistanı çıxış yolunu “günah vergisi”ni tətbiq etməkdə görüb.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı siqaret, spirtli içki və ya bəxt oyunlarından alınan “günah vergisi”ni ilk dəfə tətbiq etmək qərarına gəlib. Buna əsasən, siqaretin qiyməti 100% artıb, siqaret qutularının üzərinə sağlamlıqla bağlı xəbərdarlıqların yazılması məcburi olub.

Ər-Riyad hökuməti bu addımı, Beynəlxalq Valyuta Fondunun (IMF) tövsiyəsilə altı Körfəz Əməkdaşlıq Şurası ölkələrinin verdiyi qərarla bağlı atılıb. Birləşmiş Ərəb Əmirlikləri də vergi artırma siyasəti yürütməyi planlaşdırır. Məqsəd Körfəz ölkələrinin iqtisadiyyatının neftdən asılılığını azaltmaqdır.

Bundan başqa, tərkibində yüksək şəkər olan enerji içkiləri və digər içkilərin qiymətləri də 50% artırılıb. Bununla da maddi mənbə təmin olunmaqla yanaşı, ölkədə artan diabet xəstəliyinə qarşı mübarizənin gücləndirilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar