Səudiyyə Ərəbistanında qadınlarla bağlı İNQİLABİ yenilik - VİDEO

Səudiyyə Ərəbistanında qadınlarla bağlı İNQİLABİ yenilik – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib

“A24.az” bildirir ki, Səudiyyə Ərəbistanında ilk dəfə “Ana xəbər” proqramını qadın aparıcı təqdim edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin rəsmi kanalı olan Əs-Suudiyyədə (Saudi Tv) dünən ilk dəfə xəbər proqramında Viam əd-Dahil adlı qadın aparıcı tamaşaçı qarşısına çıxıb.

Əd-Dahil kanalın və ana xəbər proqramının yeni yayım dövrünün tanıdılması səbəbilə proqramı Ömər ən-Nəşvanla birgə aparıb.Livan Amerika Universitetinin Mətbuat fakültəsinin məzunu olan əd-Dahil daha əvvəl mərkəzi Londonda olan Əl-Həyat qəzeti, mərkəzi Qətərdə olan Əl-Cəzirə Televiziyası və Əl-Ərəb kimi tanınmış media qurumlarında işləyib.

Qeyd edək ki, son dövrlərdə Səudiyyə Ərəbistanında qadınlarla bağlı inqilabi sayıla biləcək qərarlar verilib. Qadınların avtomobil idarə etmək, şirkət qura bilmək, Ədliyyə Nazirliyində işləmək, idman yarışları zamanı stadionlara getmək hüququ tanınıb.

Səudiyyə Ərəbistanı 2030-cü il üçün qadınların iş həyatına qatılmasını 22 faizdən 30 faizə yüksəltməyi planlaşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar