Səudiyyə Ərəbistanının hərbçiləri Bakıya gəlir

Səudiyyə Ərəbistanının hərbçiləri Bakıya gəlir
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə nazirliyinin nümayəndə heyəti fevralın 6-dan 9-dək Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar