Səudiyyədə "Mülayim İslam" qadınlar vasitəsi ilə sınaqdan keçirilir? - İlahiyyatçıdan ŞƏRH

Səudiyyədə “Mülayim İslam” qadınlar vasitəsi ilə sınaqdan keçirilir? – İlahiyyatçıdan ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Son zamanlar Səudiyyə Ərəbistanından ilk olaraq qadınlarla bağlı yazılan xəbərlər, digər tərəfdən “Mülayim İslam”a keçidlə bağlı açıqlamalar ölkə haqqında birmənalı fikirlər formalaşdırıb. Belə çıxır ki, bu vaxta qədər radikal olan Səudiyyə indi “mülayimləşir?” “Mülayim İslam” anlayışı ilə İŞİD-in ondan yararlandığını boynuna alıb dəyişməyə çalışır, yoxsa “bu bir əmrdir deyib” ona tabe olur? (ABŞ-İsrail nümasibətləri)

“Səudiyyə Ərəbistanı alimlərin qoyduğu sərt məsələləri yumşaltmaqla radikal yönümlü fikirlərin mülayimləşdirilməsinə çalışır”.

Bu sözləri ilahiyyatçı Ceyhun Şükürov “A24.az”a açıqlamsında bildirib.

“Belə çıxır ki, əvvəllər maşın sürmək qadınlara qadağan edilirdisə, hansısa müəyyən şeyxin və ya şəxsin fətvasına əsasən qadağa qoyulurdusa, müasir alimlərin bu şeylərə rəvac verməsi də vəliəhdin belə bir addım atmasına səbəb olub.

Həmçinin qadınların idman meydançalarında idmanı dəstəkləmələri və yaxud futbol meydançalarında futbola tamaşa etmələri qadağan olunmuşdu. İndi isə şahzadə və ya vəliəhdin fərqli addım atmaları, radikal fikirlərdən vaz keçib yumuşaq islama keçməsi hər hansı bir şeydən xəbər vermək deyil. Sadəcə onlar əvvəlki krallarının atdığı addımları düzəltməyə çalışırlar.

İkincisi, İslam qadağaları təkcə qadınların üzərində qoymayıb. Əgər hər hansı bir məhrumiyyətdə qadın varsa, yəni İslam bunu təkcə qadınlara şamil etməyib. Bunu hər kəsə şamil edir. İslam hər hansı bir şeyi qadağan etdikdə və yaxud nəyisə əmr etdikdə həm kişiyə, həm də qadına şamil edir. Namazı əmr edibsə, bunu kişiyə də əmr edib, qadına da… Və yaxud içkini haram edibsə, qadına da haramdır, kişiyə də haramdır. Zinanı da haram edibsə, bu, qadına da haramdır, kişiyə də… Sadəcə müəyyən məsələlər var ki, qadınların namuslarını qorumaq məqsədi ilə təkbaşına səfərə çıxmaları və yaxud təkbaşına maşın sürməsini qadağan etmişdi. Lakin indi hakimiyyətdə olan şəxslər bunu daha radikal addım hesab edib məsələni aradan qaldırırlar”.

“Səudiyyə demək İslam demək deyil və yaxud İslam demək Səudiyyə demək deyildir”

“O ki, qaldı İslamla Səudiyyənin bu məsələyə baxması, bu, ayrı-ayrı məsələlərdir. Yəni belə deyək də, Səudiyyə demək İslam demək deyil və yaxud İslam demək Səudiyyə demək deyildir. İslam tərəfdən götürəndə, hazırda İslam və şəritə yönümlü  bir İran yanaşması vardır, bir də Səudiyyə yanaşması vardır. Götürəndə hər ikisi eyni qaydada eyni ideologiyanı yürütməsələr də, bunların metodları demək olar ki, eynidir.

Terrorçuların, yəni İŞİD, Taliban və Əl-Qaidənin elədiyi hərəkətləri bunlar təkrarlamış sayılırlar. Yaxuddakı onların hərəkətləri sanki birbaşa Səudiyyədən qaynaqlanmış kimi sayılır. Bunlar dünyaya terror dövləti olmadıqlarını, əksinə anti-terror koalisiyasına qatılmaları, əməliyyatlarda iştirak etmələri və anti-terror əməliyyatlarına dəstək vermələri ilə sübut etməyə çalışırlar ki, Əl-Qaidənin, İŞİD-in hakimiyyəti biz deyilik. Yəni bir növ qadınlara avtomobil süməyə icazə verməklə və ya digər ictimai məsələlərdə qadınlara azadlıq vermələri ilə bunlar demək istəyirlər ki, biz İŞİD və Talibanın elədiklərindən deyilik”.

“Ayşə Peyğəmbər (s.a.s) otağında olarkən onun çiyni üzərindən qılınc oynadanlara baxardı”

“Bir şeyi də qeyd edim: Peyğəmbərin (s.a.s) vaxtında Peyğəmbər məscidində zənci müsəlmanların xüsusi bayramları olurdu, orda onların qılınc və nizə oynatdıqları səhnəciklər də yer alırdı. Həmin ərəfədə Peyğəmbərin evinin bütün otaqlarının qapıları birbaşa məscidə açılırdı. Ayşənin otağında olarkən Peyğəmbər Ayşənin onun çiyni üzərindən həmin o tədbirə baxdığını görür. Ayşa afrikalı müsəlmanların orda qılınc və nizə oynatmalarına baxırdı. Bir müddət baxandan sonra peyğəmbərimiz “baxdın, doydun? İndi ev işlərinə qayıda bilərsən!” deyib. Yəni tam məhdudiyyət qoymayıb.

Həmçinin peyğəmbər (s.a.s) Ayşə anamızla səhərlər qaçaraq yarışa da çıxıblar. Bu hədislərdə qeyd olunur. Hədislərdə Peyğəmbərimizin “Bəzən olurdu ki, mən qalib gəlirdim, bəzən də uduzurdum” dediyi qeyd edilir.  Ayşə anamız qalib gələndə isə “deysən, mən kökəlmişəm, sən məni keçə bildin” deyirdi”.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar