Səudiyyədə nə baş verir? - Saxlanılanların siyahısında KİMLƏR VAR? - FOTOLAR

Səudiyyədə nə baş verir? – Saxlanılanların siyahısında KİMLƏR VAR? – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Yəmən tərəfindən atılan raket hücumundan sonra paytaxt Ər-Riyadda qarışıqlıq yaşanmaqdadır.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, gecə yarısı Kral Salman bin Abdulaziz korrupsiya ilə mübarizəyə dair qərar verərək hərəkətə keçib.

Vəliəhd Muhamməd bin Salmanın başında durduğu əməliyyat zamanı 11 şahzadə və 4 nazir rüşvət qalmaqalına görə həbs olunub.

Saxlanılanlar arasında iş adamları, media nümayəndələri və nazirlər var…

Səudiyyə Ərəbistanında baş verən bu hadisələr “yumuşaq dövlət çevrilişi” adlandırılaraq, korrupsiya ilə mübarizədə saxlanılanların siyahısı açıqlanıb.

“A24.az” siyahıda olanları təqdim edir:

-Kral qvardiyasının naziri olmuş və bir neçə ay bundan əvvəl tutduğu vəzifədən uzaqlaşdırılmış Əmir Mutab bin Abdullah bin Abduləziz…

-İqtisadiyyat və planlaşdırma nazirliyinin mühəndisi Adil bin Muhamməd Fakih…

-Sabiq Ər-Rivad valisi Əmir Türki bin Abdullah…

-Müdafiə nazirinin müavini Əmir Fahd bin Abdullah, Əmir Türki bin Nasır…

-Dəniz Qüvvələri Komandiri Admiral Abdullah bin Sultan bin Muhamməd…

-Kral Məhkəməsinin sabiq başçısı  Xalid Tuvaijri…

-Sabiq maliyyə naziri İbrahim Əl-Assaf,

-Səudiyyə Ərəbistanı Əlaqə Şirkətlərinin sabiq naziri Suud Əl-Daviş…

-Səudiyyə Ərəbistanı Hava Yollarının sabiq naziri Xalid Əl-Malham…

-Krallığın bayram və təşkilatçılıq üzrə sabiq sədri Muhamməd Əl-Tobaişi…

İş adamlarından Əl Vəlid Al-İbrahim, Salih Kamil, Abdullah Salih Kamil, Muhamməd Hüseyn Əl-Hamudi, Bakr bin Ladinin adı çəkilir.

Səudiyyə Ərəbistanının ən böyük media patronu olan Şahzadə Valid bin Talal da həbs olunanlar arasındadır.

“Al Arabia” televiziyasının verdiyi son dəqiqə xəbərlərinə görə, paytaxt Ər-Riyadda böyük qarışıqlıq yaşanmaqdadır. Təhlükəsizlik tədbirlərinin alındığı hava limanında yoxlamaların daha da gücləndirildiyi və ölkədən qaçmaq istəyənlərin qarşısının alınması üçün tədbirlərin görüldüyü deyilir.

Bundan başqa iş adamlarının var-dövlətinə də əl qoyulub.

Səudiyyə Ərəbistanında nə baş verir???

Paytaxt Riyadda yaşanan hadisələr bir anda bütün dünyanı ayağa qaldırıb. İddialara görə, vəliəhd şahzadənin başlatdığı əməliyyat “yumuşaq dövlət çevrilişi” adlandırıldığı halda, onun atdığı bu addım öz səltənətini qurmaq kimi dəyərləndirilir.

Etdiyi hislahatlarla Səudiyyə Ərəbistanını yeni dövrün mülayim nəhəng gücü halına gətirməyi hədəfləyən Salmanın atasının yerinə taxta keçməyi gözlənilir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar