Səudiyyədə yaşananlar şərh edilərkən niyə Azərbaycanın adı çəkildi? - 2018-ci ildə hazır olun! - VİDEO

Səudiyyədə yaşananlar şərh edilərkən niyə Azərbaycanın adı çəkildi? – 2018-ci ildə hazır olun! – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında yaşanlar şərh edilərkən, cızılan planların içərisində Azərbaycanın da olması haqda deyilən fikirlər diqqət çəkib. 

“A24.az” bildirir ki, türk siyasətçi ilə telefon bağlantısı quran aparıcı Səudiyyədə yaşananların xarici təsirlərdən qaynaqlandığını, yoxsa həqiqətən də daxildə iqtidar-müxalifət mübarizəsinin getdiyini, korrupsiya ilə mübarizə apardıqlarının nə dərəcədə real olduğunu sual edib.

Siyasətçi verdiyi açıqlamasında hər şeyin ilk olaraq Trampın bölgəyə səfərindən sonra başladığını qeyd edib və daha sonra fikirlərində Azərbaycanın adının keçdiyi də diqqətdən yayınmayıb:

“Hazırda görünür ki, Səudiyyə Ərəbistanın yaxınlığında yerləşən Körfəz ölkələrinin, İsrail, Misir, İordaniya ölkələrinin yerləşdiyi xətdə böyük dəyişikliklər baş verir. Livan da bura daxildir. O biri tərəfdə Türkiyə, İraq, İran, Suriya, Rusiya, digər xətdə hətta bura Azərbaycan və Əfqanıstan da daxildir.

Bir sözlə 2018-ci ildə hər birimizin hazır durması lazımdır. Baş verənlər heç də xeyirli yöndə gedən dəyişikliklər deyil!”

“A24.az” Türkiyə mediasında yayımlanan videoxəbəri təqdim edir:

Firuzə Alimova / MTM

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət, Din, Media, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar