Səudiyyədə yenə rüşvət qalmaqalı – Yüksək vəzifəli məmur saxlanıldı

Səudiyyədə yenə rüşvət qalmaqalı – Yüksək vəzifəli məmur saxlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında Kral Selman bin Abdülaziz tərəfindən 2017-ci ildə yaradılan Korrupsiya ilə Mübarizə Komissiyası ölkədə bir çox insanı rüşvətə görə nəzarətə almasına baxmayaraq, indi də Müdafiə Nazirliyində eyni hal yaşanıb.

“A24.az” xəbər verir ki, bu barədə məlumat SPA xəbər agentliyində yer alıb.

Baş prokuror Şeyx Suud əl-Muceb verdiyi yazılı açıqlamasında Müdafiə Nazirliyində yüksək vəzifəli məmurun ölkədə fəaliyyət göstərən firmalardan biriylə şübhəli münasibətiylə bağlı istintaq nəticəsində nəzarət altına alındığını bildirib.

Aparılan istintaq araşdırmaları nəticəsində sözügedən vəzifəli məmurun prosedurlardan kənara çıxaraq şirkətə maddi məsələlərdə işlərini asanlaşdırdığını, 1 milyon Səudiyyə Ərəbistanı rialı (270 min dollar) rüşvət aldığı açıqlanıb. Şəxsin rüşvət aldığına dair günahı qəbul etdiyi vuröulanan açıqlamada məsələylə bağlı digər bir nəfərin də saxlanıldığı qeyd edilib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar