Səudiyyəli müəllim: Kişilər qadınları kölələşdirir...

Səudiyyəli müəllim: Kişilər qadınları kölələşdirir…
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanında qadınlar həyat və yaşam tərzini izah edən Səudiyyə tələbə və müəllim üzvü Fatimə əl İsa qadınların ölkədə kişilər tərəfindən kölələşdirildiyini, qanunların da bunu qoruduğunu söyləyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd İbn Salman, qadınların əba geyinib, çadra taxıb taxmamaları haqda özlərinin qərar qəbul edəcəyini söyləyib. Daha əvvəl Səudiyyədə qadınlara velosipedə sürmək və avtomobil idarə etmək icazəsi də verilib. Ancaq hələ də kişilər olmadan səyahət edə bilmirlər. Qadınlar hələ də nikah dəftərinə imza atma, öz istəklərinə uyğun boşanma və ya boşanma sonrasında uşaqlarını ala bilmirlər. Qadınlar cəzalarının başa çatdıqdan sonra ərləri və ya ailələrindəki kişi üzvlərinin icazəsi olmadan həbsdən belə çıxa bilmirlər.

Məkkədə ərəb dili fakültəsində magistratura pilləsində tədris edən Fatimə əl İsa, özünü feminist adlandırır və hətta özünün qadın haqları istiqamətində yazılar yazdığı bir bloqu da var. Ancaq ölkəsində çarşab geymək məcburiyyətindədir. “Sputnik”ə danışan Əl İsa, “Mühafizəkar İslamçı bir ailədə böyümüşəm. Kimsə əba haqda nə düşündüyümə məhəl qoymur. Bu paltar haradasa müqəddəs görünür”, – deyə o əlavə edib.

Dövlətin ailəsinin istəklərinə qarşı gələnləri qorumadığını bildirən Əl İsa, hələlik hər şeyin sadəcə sözdən ibarət olduğunu qeyd edib:

“Ailələr və ərlər qadınları müəyyən formalarda geyinməyə məcbur edir. Bu yaxınlarda əba geyinmədən küçəyə çıxdı deyə bir qadını həbs etdilər. Dostlarımın çoxu müasir geyimlər geymək istəyir, ancaq bu haqda danışmağa belə qorxurlar. Hər qadının bir mühafizəsi var, atası, əri və ya oğlu… Onlar qadınlar üçün qərarlar qəbul edirlər. Onların razılığı olmadan oxuya, işə gedə, kirayə qala bilməzlər. Bir bank hesabı açmalısınız və ya ev tutmağınız belə problem ola bilər. Bu gerçək bir kabusdur. Kişilər qadınları kölələşdirir bu qanun ilə qorunur”.

“Ən böyük problem evdə zorakılıqlardır. İnternetdə qadınların “yola gətirilməsi” üçün necə döyülməsi lazım olduğunu izah edən kitablar nəşr olunur. “Qadınlar heç bir şəkildə müdafiə olunmur” deyən Əl İsa “Evdə zorakılıq gördüyünə dair şikayət edən qadınları həbs kimi bir yerə bağlayırlar. Buna “evdə saxlama” deyilir. “Mühafizəçinin icazəsi olmadan da evdən çıxa bilmirlər”, – deyə  Fatimə əl İsa qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar