Səudiyyəlilərdən  QADAĞA: Onlar Məkkəyə getməyəcəklər

Səudiyyəlilərdən QADAĞA: Onlar Məkkəyə getməyəcəklər
Want create site? Find Free WordPress Themes and plugins.

Ümrə ziyarətini həyata keçirən bəzi Qətər vətəndaşlarının Kəbənin də daxil olduğu Məscidül-Harama daxil olmalarına icazə verilmədiyi rəsmi hesabatda bildirilib.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, mərkəzi Dohada yerləşən “Aş Sharq” qəzetinin verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının səlahiyyətli şəxsləri Qətər siyasətlərində yeni böhran yaradıblar.

Milli İnsan Hüquqları Komitəsinin rəhbəri Əli bin Damir əl Merri bu hadisəni, dini ayinlərin yerinə yetirilməsilə bağlı insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

İslam dinində həcc ibadətinin yerinə yetirildiyi Məscidul-Harama giriş zamanı Səudiyyə Ərəbistanı məmurlarının milliyyət və ya məzhəblərə uyğun hər hansı tətbiqatının olmadığı hamıya aydındır. Digər tərəfdən Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar