Sevda 2 milyonluq filmdən imtina etdi

Sevda 2 milyonluq filmdən imtina etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Müğənni Sevda Yahyayevaya İtalyadan film təklif gəlib. 

“A24.az” xəbər verir ki, italyan rejissor Danielle Lukette müğənnini büdcəsi 2 milyon avro təşkil edən filmin çəkilişlərinə dəvət edib. Ərsəyə gələcək melodram janrlı filmin çəkilişləri isə İtalya və digər Avropa ölkələrində baş tutacaq.

Yahyayevaya külli miqdarda qonorar təklif edən rejissorun təklifini müğənni qəbul etməyib. Səbəb isə çəkilişlərdə Yahyayevanın razılaşmadığı səhnələr olub.

“Möhtəşəm bir film olmalıdır. Rejissorun köməkçisi öncə mənimlə əlaqə saxladı. Film haqda söhbət etdik.Yüksək miqdarda qonorar təklif edildi. Lakin filmdə olan bəzi səhnələri xalqımızın mentalitetinə uyğun olmadığı üçün təklifdən imtina etdik”-, deyə müğənninin prodüseri Pərviz Əsgərov məlumat verib

Qeyd edək ki, Danielle bu günə kimi ”Dıllo con parole mie”, “La nostra vita”, “Anni felici” filmlərin müəllifi olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar