Sevginin bitməməsi üçün 10 MƏSLƏHƏT

Sevginin bitməməsi üçün 10 MƏSLƏHƏT
Want create site? Find Free WordPress Themes and plugins.

Fikir ayrılıqları nə qədər olursa-olsun sağlam bir münasibət qurmaq üçün onun nizamlı və uzunmüddətli olması şərtdir.

A24.Az sağlam sevgi münasibəti üçün lazım olan 10 məqamı diqqətinizə çatdırır.

1. Paylaşmaq: münasibət ilk növbədə paylaşmaq deməkdir. Sağlam münasibətin əhəmiyyətli məqamlarından biri də duyğu və düşüncələrin paylaşılmasıdır.

2. Əvvəlcə özünüzlə barışın: Sağlam münasibət iki sağlam fərdlə reallaşır. Bu səbəbdən də xoşbəxtliyi əvvəl öz içinizdə tapın və özünüzlə barışın.

3. Keçmişi unudun: Əvvəlki münasibətləri keçmişdə qoyun, ittiham etməyin və problem halına gətirməyin. Unutmayın ki, münasibət keçmişə deyil, gələcəyə doğru inşa edilir.

4. Ortaq maraq sahələri yaradın: Ortaq maraq sahələri müsbət və əyləncəli münasibətin meydana gəlməsini dəstəkləyir.

5. Münasibətinizi xarici faktorlardan qoruyun: Üçüncü şəxslərin, bu insanlar ailə üzvləriniz olsa belə, münasibətlərinizə mənfi təsir etməsinə icazə verməyin. Heç kim sizin həqiqətən nəyə ehtiyacınız olduğunu və nəyə dəyər verdiyinizi sizdən yaxşı qiymətləndirə bilməz.

6. İşinizi münasibətdən üstün tutmayın: İş günü sona çatdıqda işiniz tamamilə iş yerində qalmalıdır.

7. Küsməyin: Mübahisə etsəniz belə, heç bir zaman tamamilə kəsməyin.

8. Fərqlilikləriniz münasibətinizi zənginləşdirir: Hər mövzuda mükəmməl bir uyğunlaşma gözləməyin. Fərqliliklərə baxmayaraq, ona dəyər verdiyinizi göstərməniz sağlam münasibətin əsasını təşkil edir.

9. Qısqanclıq tələsinə düşməyin: Həddindən artıq qısqanclıqdan uzaq durun. “Sevən insan qısqanar” tələsinə düşməyin. Həddindən artıq qısqanclıq, şübhələr, etibarsızlıq varsa, bunu ona bildirin. Həll edə bilməsəniz, mütəxəssislərdən professional dəstək alın. Lazım olsa birlikdə kurs keçin.

10. Yaxşı dinləyici olun: Yaxşı münasibətin yolu ünsiyyətdən keçir. Yaxşı dinləyici olun. Onunla razı olmasanız da, fikirlərinə hörmət edin və sonuna qədər dinləyin. Söyləmək istədiyinizi dolayı yollarla yox, birbaşa formada ifadə edin.

Aile.lent.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar