Sevil Nuriyevanın həyat yoldaşı güllələnərək qətlə yetirilib - FOTO

Sevil Nuriyevanın həyat yoldaşı güllələnərək qətlə yetirilib – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı jurnalist Sevil Nuriyevanın həyat yoldaşı, iş adamı Etimad İsmayılov Türkiyədə qətlə yetirilib.

“A24.az” “haberler.com”a istinadən xəbər verir ki, o, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb.

Hadisə zamanı yaralanan iş adamı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

İlkin ehtimala görə, Gözəl Dəmirov adlı şəxslə arasında pul məsələsi olan E.İsmayılov qarşı tərəflə Floradakı ofisində görüşüb. Ofisdə onların arasında mübahisə düşüb. Mübahisə silahlı insidentə çevrilib. Dava zamanı G.Dəmirov E.İsmayilovu başından və ürəyindən vuraraq ağır yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb.

Polis briqadaları Dəmirovu yaxalamaq üçün rayon üzrə genişmiqyaslı əməliyyata başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar