Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir

Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir
Want create site? Find Free WordPress Themes and plugins.

Yazıçı Seymur Baycan şair-jurnalist, köşə yazarı Elnur Astanbəylini məhkəməyə verir.

“A24.az” xəbər verir ki, bu barədə Kulisə yazıçı özü məlumat verib.

O, bildirib ki, Elnur Astanbəyli öz yazılarında onun fikirlərini dəfələrlə ya “adını unutduğum müəllif”, ya da başqa adla verib: “Neçə dəfə zəng eləyib demişəm ki, o fikir mənə məxsusdur, vecinə almır. Axırıncı dəfə mənim sözümü Yalçın İslamzadənin adına yazıb. Zəng elədim ki, o fikri “Yazı mədəniyyəti” adlı yazımda yazmışam. Bu adamda ya yaddaş pozuntusu var, ya da qəsdən belə edir. Sonuncu dəfə xəbərdarlıq elədim. Dedim, bir də belə hal təkrar olunsa neçə illik münasibətimizə baxmayaraq məhkəməyə verəcəm”.

Seymur Baycan məhkəmədə təzminat kimi 1 manat istəyəcəyini söyləyib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar