Şeyxülislam müsəlman, xristian və yəhudiləri dua etməyə çağırdı

Şeyxülislam müsəlman, xristian və yəhudiləri dua etməyə çağırdı
Want create site? Find Free WordPress Themes and plugins.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Misirdə Rusiyaya məxsus sərnişin təyyarəsinin havada parçalanaraq yerə düşməsi nəticəsində çoxlu sayda insanın ölümünə münasibət bildirib. 

“A24.az”ın məlumatına görə, şeyxülislam idarədə ABŞ-ın Los-Anceles şəhərinin yəhudi icmasının nümayəndə heyəti ilə keçirilən görüşdə deyib ki, bu hadisə insanların iradəsini aşan və Tanrının iradəsindən asılı olan məsələdir.

Allahşükür Paşazadə hadisədən sarsıldığını bildirərək tədbirdə iştirak edən müsəlman, yəhudi və xristianları ayağa qalxaraq onları öz dini inanclarına uyğun dua etməyə çağırıb.

İştirakçılar şeyxülislamın təklifinə əməl ediblər və ayağa qalxaraq dua ediblər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar