Sığorta şirkətləri arasında mənfi "lider" hansıdır? - ANALİZ

Sığorta şirkətləri arasında mənfi “lider” hansıdır? – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

 

“A24.az” Media Təqib Mərkəzinə istinadla sığorta şirkətləri ilə bağlı iyun ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 814 xəbər yerləşdirilib. Bunlardan 14-ü mənfi, 800-ü isə neytral xəbərlərdir.

Mənfi xəbərlər ATA Sığortaya (14 xəbər – “Ata Sığorta”da sığorta əməliyyatı etməyin!-ŞİKAYƏT) məxsusdur. İyun ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 Atəşgah Sığorta 70 xəbər
2 Paşa Sığorta 67 xəbər
3 AXA MBASK Sığorta 54 xəbər
4 Dövlət Sığorta Kommersiya Şirkəti 53 xəbər
5 ATA Sığorta 50 xəbər
6 Qala Həyat Sığorta 49 xəbər
7 AzSığorta 45 xəbər
8 Günay Sığorta 42 xəbər
9 Meqa Sığorta 40 xəbər
10 İpək Yolu Sığorta 40 xəbər


Yazılı mətbuatda
(qəzet və jurnallarda) bu sektorla əlaqəli 48 neytral xəbər dərc edilib. İyun ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 9 xəbər
2 Paşa Sığorta 4 xəbər
3 Paşa Həyat Sığorta 3 xəbər
4 Standard İnsurance 3 xəbər
5 Bakı Sığorta 3 xəbər
6 Azərbaycan Sənaye Sığorta 2 xəbər
7 İpək Yolu Sığorta 2 xəbər
8 AXA MBASK Sığorta 2 xəbər
9 Atəşgah Sığorta 2 xəbər
10 Beynəlxalq Sığorta Şirkəti 2 xəbər

İyun ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 23 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 20 xəbər
2 Paşa Sığorta 2 xəbər
3 Dövlət Sığorta Kommersiya Şirkəti 1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar