medya-nam

Sığorta şirkətləri medianın hədəfində – HESABAT

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi sığorta şirkətləri ilə bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 4282 xəbər yerləşdirilib – 1180 xəbərdə isə söhbət konkret şirkətdən gedir. Bunlardan 1078-si neytral, 102-si isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Qarant Sığorta (64 xəbər – lisenziyasının ləğv olunması), Alfa İnsurance (19 xəbər – sığorta şirkətinin müflis elan edilməsi), Dövlət Sığorta Kommersiya Şirkəti (13 xəbər – şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina etməsi, sürücüyə dəymiş ziyanı ödəməməsi) və AXA MBASK Sığorta (6 xəbər – vətəndaşları aldatması iddiası) şirkərlərinə məxsusdur. Sentyabr ayında sığorta şirkətləri haqqında elektron mətbuatda müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  363 xəbər
Paşa Sığorta  107 xəbər
Qarant Sığorta  79 xəbər
Bakı Sığorta  51 xəbər
Standard İnsurance  50 xəbər
Meqa Sığorta  48 xəbər
Dövlət Sığorta Kommersiya Şirkəti  41 xəbər
Atəşgah Sığorta  39 xəbər
Alfa İnsurance  34 xəbər
Beynəlxalq Sığorta Şirkəti  34 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 508 xəbər dərc edilib – 96 xəbərdə söhbət konkret şirkətdən gedib: bu xəbərlərdən 12-si mənfi, 84-ü isə neytral xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Qarant Sığorta (6 xəbər – sığorta şirkətinin ləğv olunması) və Dövlət Sığorta Kommersiya Şirkətinə (4 xəbər – Tovuz filialında olan maxinasiyalar, şəhid ailəsinə veriləcək pulu ödəməkdən imtina etməsi). Sentyabr ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  31 xəbər
Paşa Sığorta  11 xəbər
Dövlət Sığorta Kommersiya Şirkəti  9 xəbər
Qarant Sığorta  8 xəbər
Atəşgah Sığorta  6 xəbər
AXA MBASK Sığorta  5 xəbər
Paşa Həyat Sığorta  5 xəbər
Atəşgah Həyat Sığorta  3 xəbər
Günay Sığorta  2 xəbər
Qala Həyat Sığorta  2 xəbər

Sentyabr ayında televiziya kanallarında sığorta şirkətlərinə məxsus 32 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

 

 31 xəbər
Qarant Sığorta  1 xəbər

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR