Sinif yoldaşlarını evinə çağırıb özünü asan məzunun tükürpədici məktubu: "Son zəng olmayacaq..."

Sinif yoldaşlarını evinə çağırıb özünü asan məzunun tükürpədici məktubu: “Son zəng olmayacaq…”
Want create site? Find Free WordPress Themes and plugins.

Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

A24.Az lent.az-a istinadla xəbər verir ki, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.

Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.

Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.

16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Kriminal, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar