Siqaretin tüstüsünü ağciyərlərinizdən bu üsullarla təmizləyin - FOTOLAR

Siqaretin tüstüsünü ağciyərlərinizdən bu üsullarla təmizləyin – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada siqaret çəkənlərin sayının artması bir çox xəstəliklərin də sürətlə yayılmasına təkan verir. Siqareti tərgitmək də o qədər asan deyil. Bunun üçün insanda güclü iradə olmalıdır. Siqareti tərgitdikdən sonra tüstünün insan orqanzimində buraxdığı izləri də təmizləmək lazımdır.

A24.Az xəbər verir ki,  siqareti buraxdıqdan sonra bədəni təmizləmək üçün bəzi təbii yollar var. Xüsusilə astma xəstələri və siqareti tərgidənlərin həyat keyfiyyətini artıracaq qidaların siyahısını təqdim edirik:

Zəncəfil


Güclü antioksidant kimi zəncəfil ağciyərləri təmizləyir. Orqanizmdən müxtəlif cür toksinləri uzaqlaşdırır. Zəncəfili dəmləyərək və ya yeyərək orqanzimi təmizləyə bilərsiniz.

Evkalipt


Evkalipt təbii antibiotikdir. Tərkibində olan uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir, qan dövranını yaxşılaşdırır. Öskürək siropları, boğaz pastillərində bu kimyəvi yağdan istifadə edilir. Təzə evkalipt çayı bronxit və sinusitə müsbət təsir edir.  Buxarını udmaq öskürək və bronxiti müalicə edir.

Sarımsaq


Sarımsaq güclü antioksidantdır və  tərkibində bol miqdarda alisin kimyəvi maddəsi var. Bu da  ağciyərlərin təmizlənməsinə kömək edir.

Exinezya


Soyuqdəymə və öskürəyin müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyaları ilə mübarizə aparmağa qadirdir.

Keçibuynuzu


Xüsusilə siqaret çəkənlər üçün keçibuynuzu çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və ac qarına içilir. Bu qarışıq ağciyərləri təmizləyir.

Əməköməci


Müəyyən miqdarda əməköməci qaynadılır və 5-6 saat sonra ac qarına 1 stəkan içilir.  Əməköməci bəlğəmgətiricidir və  ağciyər xərçənginin qarşısının alınmasında böyük rol oynayır.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Sağlamlıq, Foto xəbər, Layihələr
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar