Sirri hələ də açılmamış 15 MÜƏMMALI FENOMEN - ARAŞDIRMA

Sirri hələ də açılmamış 15 MÜƏMMALI HADİSƏ – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Məlumat əldə etməyin bu qədər asan olduğu bir zamanda, ən azından dünyada bilmədiyimiz çox az şeyin qaldığını düşünə bilərsiniz. Əslində belə olmadığını  iddia edə bilərik. Lakin hələ sirri açılmamış bir çox əhəmiyyətli hadisə var və bunlar sadəcə aysberqin görünən hissəsidir. A24.Az oxuculara dünyanın sirrini açmaq mümkün olmayan maraqlı fenomenlərini təqdim edir.

1. Voyniç əlyazması
Bu əl yazma sirri hələ də açılmamış kodlarla yazılmış bir növ sənəddir. Ekzotik bitki rəsmləri və kosmik işarələr olan bu 14-cü əsr kitabının bir insanın xəyal gücü olduğu yoxsa yad planetlilərə işarə etdiyi naməlumdur.

voynich
2. Yaşıl uşaqlar
12-ci əsrdə Volpit kəndində ortaya çıxan iki uşağın dərisinin rəngi yaşıl idi və fərqli bir dildə danışırdılar. Yaşıl paxla xaricində yemək yeməyən bu uşaqlardan oğlan olanı bir müddət sonra ölmüş, qız olan isə İngiliscəni öyrənmiş və bir müddət sonra rəngi normala çevrilmişdir.

yasil-min
3. Rongo Rongo
Easter adalarına aid bir çox sirrli hadisədən biridir. Yerli xalqın oyduğu bu kitabələrin kodunu həll edə bilən olmamışdır.

barthel_cb
4. Beale şifrələri
İddiaya görə bu sənədlər gizli bir xəzinəyə işarə edir. İndiyə qədər bu şifrələrdən yalnız biri qırıla bilmişdir.

beale_1-svg
5. Ölümsüz qraf
İddiaya görə, 16-cı əsrdə doğulan St. Germain adlı qraf, 21-ci əsrdə də görülmüşdür və hələ də sağlam imiş. Onun ölümsüz həyatın sirrini tapdığına və Corc Vaşinqton kimi bir çox əhəmiyyətli şəxsiyyəti tanıdığına dair rəvayətlər mövcuddur.

2287392
6. Dyatlov keçidi hadisəsi
Bu hadisə də tarixdəki ən maraqlı hadisələrdəndir. Bir qrup Rus tədqiqatçı dağda yollarını itirirlər. Tapıldıqda cəsədlərinin üzərində yalnız alt paltarı və corabları var idi. Bundan əlavə hamısının sümükləri qırılmış halda idi. Bu hadisədə tədqiqatçıların çadırlarının içəridən cırılmış olması da bir çox sui-qəsd nəzəriyyəsi yaradır.

1
7. Qarın deşən Cek
Viktoria dövrünün qatillərindən olan Qarın deşən Cek Londonda beş fahişəni öldürdükdən sonra bu hadisə sirri açıla bilməyən bir hadisə halına çevrilmişdir. Bəzi nəzəriyyələrə görə hadisədə Illuminati barmağı var, digər nəzəriyyələr isə kral ailəsi hətta yazar Yiis Kerolu da günahlandıran bir düşüncəyə sahibdir. Bu hadisənin sirrinin tapıldığına dair xəbərlər bu il mediada da yer almışdı.

kuba_rozpruwacz
8. Georgia abidəsi
1972-ci ildə tikilən bu abidəni kimin tikdiyinə dair bir çox nəzəriyyələr mövcuddur. Dörd sütun üzərində bir çox dildə yazılmış qanunlar var.

hgfvlr
9. Cicada tapmacaları
Sadə suallarla başlayan və getdikcə içindən çıxılmaz hala gələn bu puzzle 2012-ci ildə ortaya çıxmışdır. Dünyada fərqli forumlarda və bir çox məcrada üzərində düşünülən tapmacaları kimin hazırladığına dair heç bir fikir yoxdur.

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f
10. WOW siqnalı
1977-ci ildə bir astronom ona gələn 72 saniyəlik bir siqnal almış və bunu qeyd edərkən siqnalın yanına “Wow” deyə qeyd də əlavə etmişdir. Görəsən bu siqnal yadplanetlilərəmi aid idi?

wow_signal1-28a4c6e9f72b60fb953bf26093768b1257140fd9-s900-c85
11. Atlantis şəhəri
Bir çox fərziyyənin qaynağı olan, bir gecədə dənizin dibinə batan Atlantisdən hələ də bir iz yoxdur. Platon bəhs etməmiş olsa bu şəhərin varlığına dair bir şeylər biləcəkdikmi?…

atlantida


12. Alcatraz fərariləri
Clarence Angle, John Angle və Frank Morris adlı üç bank soyğunçusu 1962-ci ildə hücrələrindən qaçırlar. Qaçılması qeyri-mümkün olduğu deyilən Alcatraz’dan qaçan bu üçlüyə dair bir daha heç bir izə rast gəlinməmişdir. Bəziləri qaçarkən suda boğulduqlarına inansa da hadisə hələ də sirrini saxlayır.

241_19
13. Pollock əkizləri
1957-ci ildə Joanna və Jacqueline Pollock bir avtomobil qəzasında ölür. Bir il sonra ölən əkizlərin anası iki qız dünyaya gətirir, hətta bunlardan bir dənəsi ölən bacısıyla eyni izi daşıyırdı. Bu qızlar ölən bacılarının oyuncaqlarının adlarını belə doğru xatırlayıb onların xatirələrinə sahib idilər.

s-b0d826705152aed157301935e07be32491cd37ed
14. Phaistos diski
Bu disk üzərində tunc dövrünə aid bir çox heroqliflər mövcuddur. Bu şifrələrin çoxu açılsa da, hələ də cavabının tapılmasını gözləyən bir çox suallar var.

Minoan art, Crete, Phaistos Disc, possibly dating to the middle or late Minoan Bronze Age (2nd millennium B.C.), Side A, Fired clay, It has 45 hieroglyphic characters engraved on both sides, along with mobile elements in spiral arrangement from the outside toward the center, Archaeological Museum of Heraklion. (Photo by Prisma/UIG/Getty Images)

 

15.  Möcüzəli daşlar

Təsəvvür edin, bu şarların diametri 3 metr, çəkisi isə – nə az, nə çox – düz 16 ton təşkil edib. Sonra məlum oldu ki, yaxınlıqda kiçik ölçülü, hətta uşaq toplarına bənzər ölçüdə yumru daşlar var. Daşları tapmaqla daha bir müəmma ortaya çıxdı. Sən demə, onlar harada gəldi yox, məhz bir-birləri ilə müəyyən məsafədə və müəyyən sahədə yerləşiblər. Bəziləri düz xətt, digərləri üçbucaq, bəziləri isə ümumiyyətlə paraleloqram formasında sıralar formalaşdırıblar. 1967-ci ildə oxşar şarlar Meksikada gümüş mədənlərində tapılır. Sonra Qvatemala, ABŞ, Rumıniya, Almaniya, Qazaxıstan və Rusiya qeyri-adi ölçüyə və çəkiyə malik yumru top kimi daşların tapıldığı ölkələrin sırasına daxil olur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Araşdırma, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar