Şirvanda kriminal aləmin üzvləri arasında "razborka"

Şirvanda kriminal aləmin üzvləri arasında “razborka”
Want create site? Find Free WordPress Themes and plugins.

Şirvan şəhərində silahlı insident baş verib.

“A24.az” APA-ya istinadən xəbər verir ki, Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23.00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi (“razborka”) zəminində baş verib.

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Sarıbalayev Zaur Vəfadar oğlu və 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu (kriminal aləmdə “krutoy Elvin” kimi tanınan) qətlə yetirilib.

Birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu  meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğlu və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Daha bir neçə nəfərin istintaqa cəlb  olunması gözlənilir.

Qeyd edək ki, Sarıbalayev Zaur Vəfadar oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar