Şirvanda toyda bəyi əqrəb sancdı

Şirvanda toyda bəyi əqrəb sancdı
Want create site? Find Free WordPress Themes and plugins.

Şirvan şəhər sakinini əqrəb sancıb.

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Reanimasiya şöbəsində tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni anda başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancmasından reanimasiya şöbəsinə yerləşdirilib. Sonuncuya da yardım edildikdən sonra evə buraxılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar