“Şirvanşahlar sarayı”nı ödənişsiz ziyarət edin – SON 2 GÜN – FOTOLAR

Azərbaycanda bir neçə özəl şirkət və nazirliyin dəstəyi ilə “Gözəl Azərbaycan” layihsəsi keçirilir.
A24.Az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın muzeylərdə qorunan gözəlliklərinin təqdimatı üçün bu tip müəssisələrdə “Açıq qapı” günləri təşkil edir. Bakıda yerləşən bir neçə muzeydə müxtəlif günlərdə aksiyalar təşkil olunur, qeyd olunan tarixlər ərzində mədəni, tarixi eksponatlarla tanış olmaq istəyən şəxslər üçün ödənişsiz ziyarət təşkil edilir.

img_5647
Növbəti bu tip aksiya Azərbaycan tarixində böyük mədəni iz buraxmış “Şirvanşahlar” dövlətinin mədəniyyət abidələrindən olan “Şirvanşahlar” Saray Kompleksində keçirilir. Dünən start verilən aksiya 2-4 dekabr tarixləri ərzində davam edəcək.

img_5626
Şirvanşahlar SarayKompleksindən A24.Az –a verilən məlumata görə “Açıq qapı” aksiyası çərçivəsində minlərlə yerli və əcnəbi turist sarayı ziyarət edib. Xarici turistlərin əksəriyyəti Ərəb ölkləri, Çin, Norveç vətəndaşlarıdır.

img_5641

“Açıq qapı” günləri ərzində saray kopmleksin bütün otaq və hücrələrini ödənişsiz ziyarət etmək mümkündür.
Layihə çərçivəsində 9-11 Dekabr tarixlərdə Azərbaycan “Milli İncəsənət Muzeyi”ndə də ödəniş ziyarət şəraiti yaradılacaq.
Bundan əvvəl isə layihə çərçivəsində 18-20 Noyabr tarixlərdə “Azərbaycan Xalça Muzeyi”ndə, 25-27 Noyabr tarixlərdə isə “Milli Azərbaycan Tarix Muzeyi”ndə “Açıq qapı” günləri keçirilib.

img_5627

img_5600

img_5613

img_5635

img_5636

img_5638 img_5645
“Gözəl Azərbaycan” layihəsi Azərbaycan və Çin arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə həyata keçirilir.

Sərdar Amin, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR