"Sizi aldadan tikinti şirkətləri də görsünlər ki, qapazaltı deyilsiniz" -  Məşhur aparıcıdan çağırış

“Sizi aldadan tikinti şirkətləri də görsünlər ki, qapazaltı deyilsiniz” –  Məşhur aparıcıdan çağırış
Want create site? Find Free WordPress Themes and plugins.

“Təəssüf ki, vətəndaşların inamından sui istifadə edən tikinti şirkətləri də az deyil ki, bu şirkətlərə rast gələn insanlar nə ev sahibi ola bilir, nə də verdikləri pulu geri ala bilir”.

A24.az bildirir ki,  “novostryoka”la bağlı  mövcud problemlərə bu dəfə  bağlı məşhur teleaparıcı Azər Qəribov toxunub:

“Hüquqlarınızı bilin! Hüquqlarınızı qoruyun və onları qorumağa qorxmayın! Siz siyasətə qarışmırsınız, iqtidara qarşı getmirsiniz, höküməti devirməyə cəhd göstərmirsiniz, siz sadəcə mülki məsələdə öz qanuni marağlarınızı qoruyursunuz. Sizə qıraqdan çox deyən olacaq ki, əşşi xeyri yoxdur. Var! İnanın ki, var!

Problem ondadır ki, etiraz edən çox olur, amma aparıb məhkəməyə iddia vermək istəyən az. Bəli, ola bilsin ki, uduzasınız (hərçənd, uduzmaq şansı azdır, Mənzil Məcəlləsi aydın deyir ki, binanın sahibi sakinlərdir), amma edin bunu, qoy digərlərinə dərs olsun, sizi aldadan tikinti şirkətləri də görsünlər ki, siz qapazaltı deyilsiniz, siz pul verib, o pulun müqabilində vəd olanları almaq istəyirsiniz, vəssalam. Necə deyərlər, hörmət hörmətə bağlıdır.

Ölkə başçısı İ. Əliyev dəfələrlə bizi fəal olmağa çağırıb, olan özbaşınalığları aşkar etməyə çağırıb, ona görə, hədələrdən qorxmayın”.

O, daha sonra ev almaqla bağlı hüquqşunasın mütləq dəvət edilməsinin zəruriliyi haqda da danışıb:

“Ev alanda, mütləq hüquqşünas dəvət edin. Mütləq! Bir ətək pul verirsiniz, cuzi bir məbləq də vəkilə ayırın o puldan. Qoy baxsın sənədlərə, müqaviləyə və s., bu sizi gələcəkdə bir çox problemlərdən qoruyacaq. Bakıda cəmisi 4-5 tikinti şirkəti var ki, onlara inanmaq olar, adlarını sadalamıram, özünüz bilirsiniz, sanballı şirkətlərdir, adları heç vaxt qalmaqallarda hallanmır. Niyə? Çünki başa düşürlər, işguzar nüfuz elə bir şeydir ki, onu nə yuxarıdan zənglə, nə hədə-qorxu ilə, nə də pul ilə əldə etmək olmur. Ona görə, hüquqlarınızı qoruyun ki, nadürüst tikinti şirkətləri ötən illərin eyforiyasından ayılsınlar…”

A24.az //Pərvin Abgül

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Elm, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar